PlayStation-ın yeni baş direktorları
    • 14-05-2024, 23:00
    • 367

PlayStation-ın yeni baş direktorları

PlayStation-ın arxasında duran Sony Interactive Entertainment, 2024-cü il iyunun 1-dən etibarən rəhbərlik dəyişikliyini elan edib.

News24.az xəbər verir ki, Hideaki Nişino SIE-nin Platform Business Group-un baş direktoru, Hermen Hulst isə Studio Business Group-un baş direktoru vəzifəsini icra edəcək.

Keçmiş CEO Cim Ryan mart ayında istefa verdikdən sonra SIE-nin müvəqqəti icraçı direktoru vəzifəsini icra edən Hiroki Totoki, Sony Group Corporation-da Prezident, COO və CFO kimi vəzifələrindən əlavə, SIE-nin İdarə Heyətinin sədri vəzifəsini də icra edəcək.

Jim Ryan Sony-də 30 il işlədikdən sonra 2023-cü ilin sentyabrında təqaüdə çıxacağını açıqlayıb.


Günel Məlikzadə