-
- 1-05-2024, 12:50
- 301
"Starbucks" nə qədər qazandı?
31 Mart 2024-cü ildə başa çatan üç aylıq dövrü maliyyə təqvimində ikinci rüb hesab edən ABŞ qəhvə şəbəkəsi Starbucks, balans hesabatını açıqlayıb.
News24.az xəbər verir ki, şirkətin gəlirləri yanvar-mart dövründə illik bazda 2% azalaraq təxminən 8,6 milyard dollara geriləyib. Bazar gözləntiləri isə şirkətin bu dövrdə 9,1 milyard dollar gəlir əldə edəcəyi olub.
Starbucks-ın bu dövrdə artması gözlənilən eyni mağaza satışları da 2020-ci ilin sonundan bəri ilk dəfə azalaraq 4 faiz azalıb. Starbucks mağazalarında da trafik 6 faiz azalıb.
Şirkətin keçən ilin yanvar-mart dövründə 79 sent olan səhm başına qazancı bu ilin eyni dövründə 68 sentə enib. Şirkətin səhm başına 79 sent mənfəət gətirəcəyi gözlənilib.
Günel Məlikzadə