İkardidən "Fənərbaxça" azarkeşlərini qəzəbləndirəcək paylaşım
    • 14-08-2024, 20:33
    • 317

İkardidən "Fənərbaxça" azarkeşlərini qəzəbləndirəcək paylaşım

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Fransanın "Lill" komandası ilə 2-1 cavab oyununda qarşılaşan "Fənərbaxça" matçın 117-ci dəqiqəsində penaltidən vurduğu qolla rəqibi ilə 1-1 bərabərə qalıb və Çempionlar Liqasının kitabını bağlayıb. .

Nəhənglər liqasında 16 illik həsrəti davam edən komandanın uduzmasından dərhal sonra "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardidən paylaşım gəlib.

Özünün və keçmiş "Fənərbaxça"lı Mişi Batşuayinin gülərkən çəkdirdiyi fotosunu paylaşan İkardi bu paylaşıma "Lill"in də matçdan əvvəl istifadə etdiyi "Aşkın Olayım" musiqisini də əlavə edib.

Məryəm İlhamqızı