Bakıda sevgilisini bıçaqlayan şəxs onunla birgə olduğu avtomobili dərəyə aşırıb - VİDEO
    • 3-06-2019, 18:55
    • 1 283

Bakıda sevgilisini bıçaqlayan şəxs onunla birgə olduğu avtomobili dərəyə aşırıb - VİDEO

Bu gün Bakıda avtomobil dərəyə aşıb. Hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. News24.az ONA-ya istinadən xəbər verir ki,  akı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində "Ravon Nexia" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində ölən şəxslərin adları məlum olub. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevdiyi qızı (Aygün, soyadı hələ məlum deyil) öz avtomobilində bıçaqlayıb.

Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.