Yük maşını dərəyə aşdı, sürücünün oğlu öldü -Meyiti yük maşınının altından çıxarıldı
    • 13-08-2019, 20:00
    • 922

Yük maşını dərəyə aşdı, sürücünün oğlu öldü -Meyiti yük maşınının altından çıxarıldı

Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayılllı rayonu ərazisində qeyd alınıb.
99-CZ-905 dövlət nömrə nişanlı “HOVA” markalı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb.
Hadisə zamanı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb.
Onun sərnişini olan 17 yaşlı oğlu Süleyman Hüseynov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.
Onun meyiti FHN-nin xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil veriilib.
Faktla bağlı araşdırma aparılır.