Cinayət təşkilatı əməliyyatı: 8 nəfər saxlanıldı
    • 15-08-2024, 14:15
    • 144

Cinayət təşkilatı əməliyyatı: 8 nəfər saxlanıldı

İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi qrupları avqustun 4-dən 11-dək Sancaktepe, Ümraniye və Beyoğlu rayonlarında "iş yerinə atəş açma", "əşyaya ziyan vurma" və "ümumi təhlükəsizliyi təhlükəyə atma" cinayətlərini törədən şübhəlilərin tutulması istiqamətində iş aparıb.

News24.az xəbər verir ki, şübhəlilərin ünvanlarını və şəxsiyyətlərini müəyyən edən qruplar eyni vaxtda keçirilən əməliyyatla 8 şübhəlini yaxalayıb.

Ünvanlarda aparılan axtarışlar zamanı 8 sənədsiz silah, 1211 güllə və bir polad jilet ələ keçirilib.

Şübhəlilər polis idarəsinə aparılıb.

Məryəm İlhamqızı