Qanunsuz mərc əməliyyatı: 60 nəfər saxlanıldı
    • 12-03-2024, 20:45
    • 228

Qanunsuz mərc əməliyyatı: 60 nəfər saxlanıldı

Türkiyə Bakırköy Respublika Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən qeyri-qanuni mərc oyunları həyata keçirərək bankomatlardan “QR kod” və “Cepbank” üsullarından istifadə edərək haqsız qazanc əldə edən və bu qazancları xaricə çıxararaq yuyulmağa çalışan şübhəlilər haqqında istintaq başladıldı. 

News24.az xəbər verir ki, prokurorluğun təlimatı ilə hərəkətə keçən İstanbul İl Təhlükəsizlik Müdirliyi Kiber Cinayətlərlə Mübarizə Şöbəsi qrupları təsbit edilən şübhəlilərin tutulması üçün İstanbul, Bursa, Muğla, Dənizli, Balıkəsir, Adana və İzmirdə 69 fərqli ünvanda eyni vaxtda əməliyyat keçirib.

Əməliyyat zamanı 60 şübhəlini nəzarətə alan qruplar ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirib.

Bank hesablarını araşdıran qruplar şübhəlilərin hesablarında təxminən 600 milyon lirəlik maliyyə dövriyyəsinin olduğunu müəyyən ediblər.

Qeyd edək ki, polis qaçan şübhəlilərin tutulması üçün əməliyyatlarını davam etdirir.

Günel Məlikzadə