Terror əməliyyatı: Saxlanılanlar var
    • 6-06-2024, 14:22
    • 132

Terror əməliyyatı: Saxlanılanlar var

Əldə edilən məlumata görə, Türkiyə İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi qrupları separatçı terror təşkilatı PKK/KCK-nın hərəkət və fəaliyyətlərini aşkar etmək üçün araşdırma aparıb.

News24.az xəbər verir ki, qrupların işində sosial mediada terror təşkilatı üçün təbliğat aparan, təşkilat adına fəaliyyət göstərən və daha əvvəl YPG terror təşkilatı daxilindəki aksiyalarda iştirak etdikləri 12 şübhəli müəyyən edilib.

Əməliyyat zamanı 7-si şəhər mərkəzində, 5-i isə Tarsusda olmaqla ümumilikdə 12 şübhəli saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı rəqəmsal materiallar və təşkilati sənədlər götürülüb.

Saxlanılan şübhəlilər polis bölməsinə aparılıb.

Günel Məlikzadə