Haqsız yerə 50 il həbsdə qaldı, 7 milyon dollar təzminat alacaq
    • 15-08-2024, 17:36
    • 303

Haqsız yerə 50 il həbsdə qaldı, 7 milyon dollar təzminat alacaq

ABŞ-da Glynn Ray Simmons adlı bir adam haqsız yerə 50 ilə yaxın həbsdə qalıb. 

Ölüm cəzası gözlədikdən və 50 il həbs cəzası çəkdikdən sonra Glynn Ray Simmons bəraət qazanıb.

71 yaşlı Simmons Oklahoma Siti ştatının Edmond şəhərini məhkəməyə verdikdən sonra 7,15 milyon dollar təzminat alacaq.

News24.az Associated Press-ə istinadən xəbər verir ki, Edmond Şəhər Şurası bazar ertəsi səsvermə keçirərək işi yekunlaşdırmaq və təzminat təyin etmək qərarına gəlib.

1975-ci ildə məhkəmə Simmonsu içki mağazasının işçisi Carolyn Rogersi öldürməkdə təqsirli bilib.

Simmons polisin dələduzluq etdiyini və ittiham tərəfinin dəlilləri gizlətdiyini iddia edərək məhkəməyə müraciət edib.

Ölüm cəzasına məhkum edilən Simmonsun cəzası ömürlük həbs cəzası ilə əvəz edilib. 71 yaşlı Simmons 2023-cü ilin iyulunda azadlığa çıxıb.

Hakim daha sonra Simmonsun cinayəti törətmədiyinə dair "inandırıcı dəlillər"in olduğunu deyərək, ondan azadlığa çıxıb.

Onu da qeyd edək ki, 48 ildən çox həbsxanada yatan Simmons tarixdə ən uzun müddət bəraət qazanan şəxs olub.

Günel Məlikzadə