Vyetnamın ən böyük hadisəsində ölüm hökmü
    • 11-04-2024, 17:30
    • 192

Vyetnamın ən böyük hadisəsində ölüm hökmü

67 yaşlı Truong My Lan Vyetnam tarixindəki ən böyük maliyyə fırıldaqçılığı işində ölüm cəzasına ( İlk dəfə idi ki, məhkəmə ölüm cəzası istəyib) məhkum edilib.

News24.az xəbər verir ki, Van Thinh Phat daşınmaz əmlak şirkətinin 67 yaşlı sahibi Truong My Lan rəsmi olaraq 12,5 milyard dollarlıq (ölkənin 2022-ci il ÜDM-nin təxminən 3 faizi) dələduzluqda ittiham olunub.

İddiaya görə, Lan 2012-2022-ci illər arasında Saigon Səhmdar Kommersiya Bankını qanunsuz olaraq idarə edib. 2500 kreditə icazə verib və bu da banka 27 milyard dollar zərər vurub.

Məhkəmə daşınmaz əmlakla zəngin qadından banka 26,9 milyon dollar təzminat ödəməsini tələb edib.

Günel Məlikzadə