Ronaldo nailiyyətlərinin üç sirrini açıqladı
    • 16-08-2024, 23:58
    • 294

Ronaldo nailiyyətlərinin üç sirrini açıqladı

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo çıxışının üç sirrini açıqlayıb.

News24.az Lent.az-a istinadla bildirir ki, futbolçu bu barədə sosial şəbəkə səhifəsində “Yuxu, ağır iş və bərpa. Yeni mövsüm, eyni qabiliyyət”, - deyə yazıb.

39 yaşlı Kriştiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir. Ötən 2023/2024 mövsümündə o, klubda bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar ötürmə edib, o cümlədən Səudiyyə Ərəbistanı Pro Liqasında 35 qol vurub. 2024-cü il Avropa çempionatının seçmə turnirində Ronaldo Portuqaliya millisinin heyətində 9 oyun keçirib, bu oyunda 10 qol vurub və bir məhsuldar ötürmə edib. Portuqaliyalının əvvəlki klubu İngiltərənin "Mançester Yunayted"i olub.