Kriştiano Ronaldodan qol rekordu
    • 28-05-2024, 10:22
    • 438

Kriştiano Ronaldodan qol rekordu

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasında tarixə düşüb.

News24.az İdman.Biz-ə istinadən bildirir ki, 39 yaşlı hücumçu "Əl-İttiahad"la (4:2) mövsümün son oyununda dubl edərək vurduğu qolların sayını 35-ə çatdırıb.

Nəticədə 31 matçda 35 dəfə fərqlənən Ronaldo Səudiyyə Ərəbistanı Liqasında 1 mövsümdə ən çox qol vuran futbolçu adına yiyələnib. O, həmçinin dörd fərqli liqada (İspaniya, İtaliya, İngiltərə və Səudiyyə Ərəbistanı) bombardir olan ilk oyunçu kimi tarixə düşüb.