-
- 16-08-2024, 12:04
- 197
Makron Ermənistana gəlir - Bu tarixdə...
Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri gözlənilir.
News24.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti Fransadakı erməni icmasından olan mənbələrə istinadən bildirib.
Məlumata görə, səfər sentyabrın 21-də, Ermənistanın Müstəqillik Günündə baş tutacaq.
Qəzetin yazdığına görə, bu günlərdə onun səfərinin təfərrüatları müzakirə olunur.
Qeyd edək ki, fevralın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan Makronu Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün 2024-cü ilin sentyabrında Ermənistana dövlət səfərinə dəvət edib.
Rəsmi Paris səfərlə bağlı açıqlama verməyib.