"Tottenham"ın futbolçusuna 1 OYUNLUQ CƏZA
    • 16-08-2024, 21:53
    • 371

"Tottenham"ın futbolçusuna 1 OYUNLUQ CƏZA

"Tottenham"ın malili futbolçusu Yves Bissouma gülüş qazı olaraq da bilinən azot oksidi qazını udaraq sosial şəbəkədə paylaşdığı üçün 1 oyunluq cəzalanıb.

News24.az xəbər verir ki, "Lill" və "Brighton" kimi komandalarda da çıxış edən Bissuma cəzanı birbaşa öz klubundan alıb.

Qeyd edək ki, azot oksidi qazını istirahət məqsədilə tənəffüs etmək Böyük Britaniyada 2023-cü ildən bəri cinayət sayılır və 2 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.

Bissouma cəzanı aldıqdan sonra üzr istəyib.

Məryəm İlhamqızı