Amerika dili dünyada ən geniş dil kimi tanınıb
    • 16-08-2024, 23:46
    • 307

Amerika dili dünyada ən geniş dil kimi tanınıb

ABŞ sakini dünyanın ən geniş dilinə sahibi olmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

News24.az xəbər verir ki, Brittany Lacayo, Ginnesin Rekordlar Kitabına belə bir intizamın daxil olduğunu öyrəndikdən sonra titul üçün müraciət etmək qərarına gəldiyini söyləyib.

Amerikalı qadının dilinin eni 7,8 santimetrdir ki, bu da əvvəlki rekordçudan bir neçə millimetr çoxdur.

"Bu, sevimli və bir az gülməlidir", - deyərək nailiyyətini şərh edib.

Qadın adını tarixə yazmaqdan və dilinin anatomik xüsusiyyətindən qürur duyduğunu əlavə edib.

Məryəm İlhamqızı