-
- 4-06-2019, 13:13
- 664
Narkotik qaçaqmalçılığının qarşısı alınıb - FOTO - VİDEO
Gömrükçülərin sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddənin gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ayrı-ayrı şəxslərin yüklərini daşıyan "Kamaz" markalı, 42BD226dövlət nömrə nişanlı yük avtomobilinin 42ZA020 nömrə nişanlı yarımqoşqusuna rentgen qurğusunda baxış keçirilib.
DGK-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, baxış zamanı, Bakı Baş Gömrük İdarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları yarımqoşqudakı yüklərin içində şübhəli çizgilər müşahidə ediblər. Təkrar yoxlama nəticəsində isə dəri məmulatlarından birinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu müəyyən edilib. Həmin kəsiklərdə isə 4 ədəd bağlamada ümumi xalis çəkisi 2795 qram olan narkotik vasitə - heroin və 0,522 qram psixotrop maddə - metamfetamin, eləcə də 297 ədəd həb şəklində, təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram olan narkotik vasitə - metadon aşkar olunub.
Daha sonra Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Əliyev Turan Nazim oğlu və Tarverdiyev Pərviz İsmayıl oğlu içərisində narkotik vasitələr və psixotrop maddə olan həmin yükü təhvil alarkən yaxalanıblar.
Adıçəkilən vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməyə görə şübhəli şəxs qismində tutularaq barələrində toplanmış materiallar Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.