-
- 10-10-2019, 13:10
- 804
Ayaqqabısının içİində narkotik KEÇİRMƏK İSTƏDİ - FOTO
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayaqqabısının hər iki tayının içərisində bağlama və bükümlər müəyyən edilib.
Baxış zamanı 2 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 52 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 4 qram olan ağ kristal şəkilli psixotrop maddə - metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.