İnsultdan bir neçə həftə əvvəl ortaya çıxan simptomlar
    • 17-08-2024, 16:24
    • 318

İnsultdan bir neçə həftə əvvəl ortaya çıxan simptomlar

Bədənin bəzi hissələrində qəfil zəiflik və ya uyuşma bir neçə həftə sonra yaxınlaşan insultdan xəbər verə bilər.

News24.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə rusiyalı nevroloq Vladimir Martınov məlumat verib. 

Onun sözlərinə görə,  bu, insultdan bir neçə həftə əvvəl də ikiqat müşahidə edilə bilər. Onun sözlərinə görə, bu zaman görmə birdən-birə yox olur və ya pisləşir.  Digər xəbərdarlıq əlamətləri arasında şiddətli baş ağrısı, başgicəllənmə, koordinasiya və şüurun müvəqqəti itkisi ola bilər.

Həkim qeyd edib ki, insult adətən gözlənilmədən baş verir, lakin yuxarıda göstərilən simptomların görünüşü təcili tibbi yardıma ehtiyacdan xəbər verə bilər.