-
- 17-08-2024, 21:04
- 221
1,3 milyon BMW avtomobilində təhlükəli nasazlıq aşkarlandı
BMW təhlükəsizlik yastıqlarına görə Çində 1,3 milyondan çox BMW avtomobilini geri çağıracaq.
News24.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "TASS" Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, geri çağırılma 2003-cü ildən 2018-ci ilə qədər istehsal olunmuş avtomobillərə şamil ediləcək. Söhbət X1, X3, X4, X5 və X6 krossoverlərindən gedir.
Avtomobil istehsalçısı təhlükəsizlik yastıqlarını yoxlayacaq və nasaz olduqda onları pulsuz əvəz edəcək.