-
- 18-08-2024, 16:24
- 257
“Cavad Zərif məsləhətçi kimi fəaliyyət göstərir” - Pezeşkian
İran prezidenti Məsud Pezeşkiyan keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bağlı açıqlama verib.
News24.az Modern.az-a istinadən xəbər verir ki, Pezeşkian açıqlasında deyib.
“Cənab Zərifin təcrübələrindən faydalanırıq və ölkə üçün çalışan hər cür fikir və inancdan olan insanlarla işləyəcəyik” .
Xatırladaq ki, Məsud Pezeşkian prezident seçildikdən az sonra eks-xarici işlər naziri Məhəmməd Cavad Zərifi İranın strateji məsələlər üzrə vitse-prezidenti təyin etmişdi. Lakin təyinatdan 10 gün sonra Məhəmməd Cavad Zərif prezidentin nazir seçimlərindən narazılıq edərək istefa vermişdi.