Azərbaycanda vəzifəli şəxsin otağına partlayıcı atdılar – ÖLDÜRMƏK İSTƏDİ
    • 4-06-2019, 15:55
    • 1 018

Azərbaycanda vəzifəli şəxsin otağına partlayıcı atdılar – ÖLDÜRMƏK İSTƏDİ

Sumqayıtda vəzifəli şəxsin otağına qumbara atan şəxsin barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az
-ın məlumatına görə, Baxşəileyv Rəsul Yafəs oğlunun otağına qumbara ataraq onu öldürmək istənə Astanov Şirin Umud oğlu barəsində Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4-cü, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sumqayıtda işdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atıb. "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Aslanov R.Baxşəliyevdən onu əvvəlki işinə bərpa etməyi tələb edib.

Direktor yox cavabı verəndən sonra Ş.Aslanov onu döyüb.

Daha sonra Ş.Aslanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlaymağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Ş.Aslanovu tutub. Onun barəsində Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb.