Azərbaycanda sevgililər günü ŞOK HADİSƏ  - Arvadı ilə qayınanasını doğradı
    • 1-06-2019, 16:57
    • 1 358

Azərbaycanda sevgililər günü ŞOK HADİSƏ - Arvadı ilə qayınanasını doğradı

Şəmkirdə həyat yoldaşı və qayınanasını öldürməyə cəhd edən şəxsin barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Kür qəsəbəsində həyat yoldaşı İlahə Cəfərova ilə qaynanası Nailə Eyyubovanı ət doğramaq üçün istifadə edilən çapacaqla çoxsaylı zərbələr endirərək öldürməyə cəhd edən 1987-ci il təvəllüdlü Cəfərov Elnur Əbülfət oğlunun işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinə işə hakim Faiq Mahmudovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, dəhşətli hadisə bu ilin 14 fevralında Şəmkirin Kür qəsəbəsində baş verib. Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elnar Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyət yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib.

Qonşuların səs-küyə hadisə yerinə gəlməsi nəticəsində E.Cəfərov onları öldürə bilməyib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.