Gəncəyə helikopterlə gedən Hüseyni polislər qorudu - VİDEO
    • 19-08-2024, 14:44
    • 285

Gəncəyə helikopterlə gedən Hüseyni polislər qorudu - VİDEO

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloger və iş adamı Hüseyn Həsənov (Gusein Gasanov) Azərbaycanın ikinci paytaxtı sayılan Gəncə şəhərinə yollanıb.

News24.az OLAY-a istinadla yazır ki, Hüseyn şair Nizami Gəncəvinin diyarına helikopterlə gedib. 

Gəncə hava limanına enən Həsənov bildirib ki, səfərin məqsədi buranın təbiət incisi sayılan Göygölə baş çəkməkdir. Göl ətrafını bloger polislərin müşayiəti ilə gəzib. O bildirib ki, burada turistlərin sayı çoxluq təşkil edir. 

O, buranın təbiətinə aşiq olduğunu qeyd edib. Daha sonra Həsənov Gəncədə gənclər üçün tikilən böyük idman kompleksinə də baş çəkib. Bloger bildirib ki, sözügedən arenaya şəhərin başçısı ilə birgə yollanıb.

Gəncədəki səfərini başa vuran Həsənov helikopterlə Qəbələyə də baş çəkib.