Oğlan atasını bıçaqladı
    • 19-08-2024, 15:06
    • 171

Oğlan atasını bıçaqladı

Türkiyədə bufet işlədən narkoman Mustafa U. ilə həyat yoldaşı Fatma U. arasında çıxan mübahisə əlbəyaxa davaya çevrilib.

News24.az xəbər verir ki, cütlüyün qızı Tuğçe U. atasına bibər qazı vuraraq uzaqlaşdırıb. Oğlu Arda U. da atasını başqa otağa aparıb. Fatma U. evə gələn polisə ərinin sakitləşdiyini və şikayət etmədiyini bildirib. 

Saat 03:00 radələrində Arda U. ilə atası Mustafa U. arasında anası ilə mübahisə zəminində dava düşüb. Mübahisə böyüyüb, Arda U. atasının kürəyindən və qarnından bıçaqlayaraq qaçıb. Qışqırıq səsinə oyanan həyat yoldaşı və qızı Mustafa U.-nun yerdə qanlar içində olduğunu görərək vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib. Ağır yaralanan Mustafa U. Samsun xəstəxanaya aparılıb və müalicə altına alınıb.

Günel Məlikzadə