Arvadı ilə münasibətdə olan şəxsi..
    • 24-06-2024, 23:20
    • 618

Arvadı ilə münasibətdə olan şəxsi..

Türkiyədə muxtar həyat yoldaşı ilə münasibətdə olduğunu iddia etdiyi şəxsi öldürüb.

News24.az xəbər verir ki, Hacıköy mahalının muxtarı və 4 uşaq atası Muhammet Ö. (37) boşanma prosesində olduğu həyat yoldaşı Hacer Ö.-nin yaşadığı evin qarşısına gedib.

Burada əmisi oğlu olan Özkan Arslanla (37) tanış olub.

Muhammet həyat yoldaşı ilə münasibətdə olduğunu iddia etdiyi Özkan Arslanla arasında mübahisə düşüb.

Mübahisə zamanı Muhammet Ö yanındakı silahı çıxararaq Özkana 8 dəfə atəş açıb. Güllələrə tuş gələn Arslan yaralanıb.

Xəbər üzərinə bölgəyə sövq edilən sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından Özkan Arslan təcili yardımla xəstəxanaya aparılıb. Ancaq onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə