-
- 19-08-2024, 22:12
- 299
Sərhəddən tualet kağızları arasında "Land Cruiser" keçirmək istədilər
Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiyaya bir çox avtomobil markalarının ixracı qadağan edilib. Lakin bu, rusların Mercedes, Audi, Toyota kimi markalara marağını qətiyyən azaltmayıb. Bu gün də qeyri-leqal yollarla idxal davam edir.
News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, Litva-Belarus sərhədində litvalı gömrükçülər şübhəli yük avtomobilini saxlayıblar. Özbəkistan vətəndaşının idarə etdiyi MAN markalı avtomobilin yol sənədində 720 kq tualet kağızı aparıldığı bəyan edilmişdi. Lakin avtomobilin qoşqusunda nə az, nə çox, 3 ədəd Toyota Land Cruiser avtomobili tualet kağızlarının arasında gizlədilmişdi.
90 min dollarlıq yük müsadirə edilib, sürücünün isə Litvanı tərk etməsi qadağan olunub. Gizli yükdən xəbəri olmadığını iddia edən sürücünü 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.