Yaddaşı zəif olanlar bu qan qrupundandır
    • 19-08-2024, 23:02
    • 215

Yaddaşı zəif olanlar bu qan qrupundandır

Yaddaş zəifliyi olan insanların tez-tez qarşılaşdıqları problemlərdən biri də qan qrupu ilə bağlıdır. Yaddaşı zəif olan insanlar tez unutmaqda problem yaşayır və gündəlik həyatda qarşılaşdıqları məlumatları uzun müddət yadda saxlamaqda çətinlik çəkirlər.

News24.az xəbər verir ki, xüsusilə yaddaşı çox zəif olan qan qrupu adlanan B qan qrupu olan şəxslər üzərində aparılan araşdırmalar maraqlı tapıntılar ortaya qoyub. 

Bu araşdırmalar göstərib ki, B qan qrupu olan insanlar ümumiyyətlə ən aşağı intellektə malikdirlər. Lakin qeyd etmək lazımdır ki, bu qəti ümumiləşdirmə deyil və fərdi fərqlər nəzərə alınmalıdır.

A qrupu qanı olan insanlar isə yaradıcılıq, zəka və əməkdaşlıq kimi müsbət xüsusiyyətlərlə əlaqələndirilir, onların mənfi adlandırılan xüsusiyyətlərinə isə inadkarlıq və əsəbilik daxildir. Bildirilib ki, A tipli fərdlər Yaponiyada digər qan qrupları olan insanlara nisbətən daha çox rast gəlinir.

Qan qrupunun təyini prosesi fərdin qan hüceyrələrində antigenlərin aşkarlanması ilə həyata keçirilir. Qan qrupları ABO sisteminə və Rh faktoruna görə müəyyən edilir. ABO sistemi qan hüceyrələrində olan A və B tipli antigenlərə əsaslanaraq dörd fərqli qan qrupunu müəyyən edir: A, B, AB və 0 (sıfır). Rh faktoru qanın müsbət (+) və ya mənfi (-) olmasını müəyyən edir.

Qan qrupunun təyini adətən laboratoriya şəraitində aparılır. Bu nümunə üzərində aparılan analizlər nəticəsində bir damla qan nümunəsi götürülür və şəxsin qan qrupu müəyyən edilir. Bundan əlavə, qanvermə zamanı şəxsin qan qrupu müəyyən edilir və bu məlumatlar qan banklarında saxlanılır.

Məryəm İlhamqızı