Putin Bakıda bu iş adamı ilə görüşməkdən imtina edib - FOTO
    • 20-08-2024, 13:39
    • 471

Putin Bakıda bu iş adamı ilə görüşməkdən imtina edib - FOTO

Rusiya prezidenti Vladimir Putin Bakıda iş adamı Pavel Durovla görüşməkdən imtina edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Azərbaycana səfərdən bir neçə gün əvvəl Prezident Administrasiyasının rəsmiləri Vladimir Putinə iş adamı, milyarder Pavel Durovla görüş təşkil etməyi təklif ediblər. Lakin Putin bundan imtina edib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, Durov Putinlə eyni vaxtda Bakıda olub.

Rusiya liderinin imtinasının səbəbləri məlum deyil.

Qeyd edək ki, Pavel Durov “VKontakte” sosial şəbəkəsinin və eyniadlı şirkətin, “Telegram”ın və digər layihələrin yaradıcılarından biridir.

Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda iki günlük səfərdə olub.