Putin dörd nazir müavinini işdən çıxartdı
    • 18-06-2024, 10:00
    • 233

Putin dörd nazir müavinini işdən çıxartdı

Rusiya prezidenti Vladimir Putin Rusiya müdafiə nazirinin dörd müavinini vəzifəsindən azad edib.

News24.az  “The Guardian”a istinadən xəbər verir ki, Kremlin sərəncamlarına əsasən, Putin vakant nazir müavini vəzifəsinə əmisi oğlu Anna Tsivilevanı təyin edib.

Sərəncamlara əsasən işdən çıxarılanlar; Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsova və Pavel Popov olduğu bildirilib.

Onu da qeyd edək ki, Rusiya prezidenti Putinin əmisi qızı, eyni zamanda “Vətən Müdafiəçiləri” dövlət fondunun rəhbəri Anna Tsivilevanı müdafiə nazirinin müavini təyin edib. O, maliyyə nazirinin müavini Leonid Qornin müdafiə naziri Andrey Belousovun rəhbərliyi altında müdafiə nazirinin birinci müavini olacaq.

Keçmiş baş nazir Mixail Fradkovun oğlu Pavel Fradkov və Oleq Savelyev də müdafiə nazirinin müavinləri təyin edilib.

Xatırladaq ki, keçən ay Putin Belousovu müdafiə naziri, Sergey Şoyqunu isə Rusiya Təhlükəsizlik Şurasına təyin etdi.

Günel Məlikzadə