-
- 20-08-2024, 20:42
- 334
Unun ucuzlaşması niyə çörəyin qiymətinə təsir etmir? - Açıqlama
“Unun qiymətinin artıb-azalması çörəyin qiymətinə təsir etmir. Topdansatış qiyməti artanda da çörək istehsalçıları 1-2 qəpiklik fərqə görə qiymətləri qaldırmırlar. Eynilə unun qiyməti azalanda da bu dəyişikliyə getmirlər. Birincisində çörək istehsalçılarının marjaları aşağı düşür, digər halda isə artır”.
News24.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, buğdanın qiyməti qalxan kimi unun qiyməti yüksəlir:
"Çünki unda buğdanın qiyməti 85 faiz təşkil edir. Bundan əlavə, burada daşınma, vergi, fəhlə xərcləri və s. də nəzərə alınmalıdır. Ona görə də buğdanın qiyməti dəyişən kimi bu, dərhal unun qiymətində də özünü göstərir: Çörəkdə isə unun çəkisi 35 faizdir. Bu baxımdan buğda qiymətləri düşəndə un qiymətləri sürətlə dəyişir”.