3000 il əvvələ aid hərbi kazarma və anbarlar AŞKAR EDİLDİ
    • 9-09-2024, 23:35
    • 361

3000 il əvvələ aid hərbi kazarma və anbarlar AŞKAR EDİLDİ

Arxeoloqlar Misirin Beheyra əyalətində 3000 il əvvələ aid hərbi kazarma və anbarlar aşkar ediblər.

News24.az xəbər verir ki, kərpicdən hazırlanmış bu tikililər dar dəhlizlə ayrılmış iki eyni qrupdan ibarətdir. Onların içərisindəki oymalar II. Ramses uğrunda döyüşən əsgərlərin uğurlarından bəhs edir. 

Burada böyük Ramzesin gerbi olan bürünc qılınc da tapılıb.

Qədim Əsərlər Ali Şurasının baş katibi Mohamed Ismail Khaled bu kazarmaların Misirin şimal-qərb sərhədlərini qorumaq üçün mühüm hərbi baza olduğunu bildirib.

Qazıntılar zamanı Misir tanrıları Amon və Ptaha aid oyma əşyalar, nar naxışlı boyunbağı və üzüklər də tapılıb. Qərargahın bəzi hissələrinin əsgərlərə yemək və gündəlik tələbat malları vermək üçün istifadə edildiyi anlaşılıb.

Məryəm İlhamqızı