Azərbaycanlı iş adamı yenə deputat oldu
    • Dünən, 22:38
    • 110

Azərbaycanlı iş adamı yenə deputat oldu


2014-cü ildən bu günə qədər Rusiyanın ikinci böyük şəhərində fəaliyyət göstərən azərbaycanlı millət vəkili Elşən Həmzəyev Sankt-Peterburqun Nevski rayonundakı İvanovsk dairəsinin 153 saylı seçki dairəsindən deputat seçilib.

Qeyd edək ki, Elşən Həmzəyev 1972-ci ildə Astarada doğulub, 1989-cu ildə Sankt Peterburq telekommunikasiya universitetinə daxil olub. 1999-cu ildə DİN universitetini magistr kimi bitirib. İxtisasca rabitə texnologiyaları mühəndisi, həm də hüquqşünasdır.

1995-ci ildə komersiya tikinti sektorunda rəhbər vəzifələrdə çalışıb, bugünə qədər də tikinti və əmlak sahəsində fəaliyət göstərir. Elşən Həmzəyev “KRİSTALL” tikinti şirkətinin rəhbəridir.

Xatırladaq ki, həmyerlimiz ümumi səs verənlərin 41.5% səs çoxluğu ilə deputat seçilib. Bu, Həmzəyevin 3-cü deputatlıq dönəmidir.//axar.az