-
- 9-09-2024, 23:47
- 7 743
Qabartma tozu yerinə bunlardan İSTİFADƏ EDİN
Xəmirləri hazırlayarkən birdən çox inqrediyent istifadə olunsa da, xəmiri qabarıq etmək üçün demək olar ki, hər kəs qabartma tozundan istifadə edir. Ancaq qabartma tozu bitdikdə və ya reseptə qabartma tozu əlavə etmək istənmədikdə, alternativ düşünmək lazımdır.
News24.az qabartma tozu olmadan xəmiri qabartmağın hiyləsini təqdim edir:
Ayran: Ayran tərkibindəki turşu quruluşu və bakteriyaları sayəsində bişirmə prosesini həyata keçirir. Xəmirin qabarıq və süngər bir quruluşa sahib olmasına kömək edən ayran hazır alınarsa, tərkibindəki bakteriya miqdarı daha çox olar. Qabartma tozu yerinə ayrandan istifadə etmək istəyirsinizsə, yarım stəkan ayranın içinə bir çay qaşığı soda əlavə edib bu qarışığı xəmirə qata bilərsiniz.
Yumurta ağı: Yumurta ağı xəmirin qabarması üçün təsirli bir məhsuldur. Yumurtanın ağını ağardıqdan sonra yavaş-yavaş qarışdıraraq xəmirə əlavə edə bilərsiniz. İstəsəniz azca duzla da qarışdıraraq effekti artıra bilərsiniz.
Sirkə: Turşu quruluşu ilə təsirli mayalanma effekti təqdim edən sirkə, qabartma tozuna yaxın bir mayalandırıcı təsirə malikdir. Reseptlərinizə qabartma tozuna bərabər ağ sirkə əlavə etməklə də oxşar nəticələr əldə edə bilərsiniz.
Duz: İstənilən reseptdə istifadə etmək qeyri-mümkün kimi görünsə də, qabartma tozu bitdikdə xəmirə əlavə edilən sadəcə 1 çay qaşığı duz güclü təsir göstərəcək. Reseptin dadını dəyişmədən bişirmə effekti verən duzu maye inqrediyentlərlə qarışdırıb sonra xəmirə əlavə edə bilərsiniz.
Məryəm İlhamqızı