-
- 20-08-2024, 16:14
- 322
"Yalı Çapkını"nın ulduzu: Layihə ilə vidalaşdım
Baş rollarda Afra Saraçoğlu, Mert Ramazan Demir və Çətin Tekindorun yer aldığı Yalı Çapkını hər cümə axşamı tamaşaçıların qarşısına çıxır.
News24.az xəbər verir ki, çox yaxında üçüncü sezonu ilə ekranlara qayıtmağa hazırlaşan Yalı Çapkının-dan ayrılıq xəbəri gəlib.
Avqustun 19-da axşam ailə quran həmkarları Beril Pozam və Ersin Arıcının toyuna qatılan Taro Emir Tekin çıxışda jurnalistlərlə söhbət edib.
Yalı Çapkını serialında Kaya obrazını canlandıran Tekin serialla vidalaşdığını açıqlayıb.
Məşhur aktyor “Bu layihədə missiyamı tamamladım. Serial ilə vidalaşdıq, amma bu mənim üçün qeyri-adi bir təcrübə oldu. Mən bu komandadan ayrılmayacağam. Düşünürəm ki, onlar öz missiyalarını başa vurublar" dedi.
Günel Məlikzadə