“İran bu tarixdə özünü nüvə dövləti elan edə bilər”
    • 20-08-2024, 21:34
    • 212

“İran bu tarixdə özünü nüvə dövləti elan edə bilər”

İran ilin sonuna kimi özünü nüvə dövləti elan edə bilər.

News24.az “Unikal”-a istinadla xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri Mayk Turner məlumat verib.

“Bizə deyildiyi kimi, ilin sonuna kimi İranın özünü nüvə dövləti elan etməsi ehtimalı var”, – deyə Turner CBS telekanalına müsahibəsində deyib.

Eyni zamanda, o, bu məlumatın təsdiqlənə biləcəyi və İranın nüvə silahı istehsal edib-etməməsi ilə bağlı birmənalı nəticəyə gəlmək mümkün olub-olmaması sualına mənfi cavab verib.

Siyasətçi ABŞ-nin hazırkı prezidenti Co Baydeni də tənqid edib. Onun sözlərinə görə, onun xarici siyasəti nəticəsində vəziyyət bu cür inkişaf edib.