"Azərbaycanda dindarlar üçün hər bir şərait yaradılır" - Şeyxülislam Allahşükür Paşazadə
    • 5-06-2019, 11:11
    • 1 017

"Azərbaycanda dindarlar üçün hər bir şərait yaradılır" - Şeyxülislam Allahşükür Paşazadə

"Azərbaycanda dinlə bağlı durum çox yaxşıdır və dindarlar üçün hər bir şərait yaradılır. Azərbaycanda dini sahədə sabitlik mövcuddur".


News24.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Şeyxülislam bildirib ki, bu durumdan istifadə etmək istəyən bəzi qaraguruhçular var: "Onlar istəyirlər ki, Azərbaycanda baş verən bəzi məsələləri dünyaya başqa şəkildə göstərsinlər. Bu, Azərbaycan xalqına qarşıdır. Əlbəttə, bu, yolverilməzdir, bu, bəlkə də, Azərbaycan xalqına qarşı olan bir işdir". 

QMİ sədri Müqüddəs Ramazan Bayramında arzusunu da deyib: "Mənim ən böyük arzum ondan ibarətdir ki, şəhidlərimizin qanı yerdə qalmasın, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız tezliklə azad edilsin. Bugünkü bayram namazında Azərbaycanın firəvanlığı, gələcəyi üçün duallar etdik".

Teymur Məmmədov