Putin Çeçenistanda onun məzarını ziyarət etdi - VİDEO
    • 21-08-2024, 08:58
    • 408

Putin Çeçenistanda onun məzarını ziyarət etdi - VİDEO

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının Birinci Prezidenti, Rusiya Qəhrəmanı Axmat-Haji Kadırovun dəfn olunduğu yerə baş çəkib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.

Putini Şimali Qafqaz Federal Dairəsinin Ulamalar Şurasının sədri Xoj-Əhməd Kadırov və Maqomed Kadırov qarşılayıb.

"Dövlətimizin başçısı Axmat-Hadji Kadırovun xatirəsinə dərin ehtiramını bildirdi, onun sülhsevər və sabit respublikanın inkişafında mühüm xidmətlərini vurğuladı", - Kadırov yazıb.