Kadırov 16 yaşlı oğluna yeni VƏZİFƏ VERDİ
    • 29-04-2024, 07:17
    • 374

Kadırov 16 yaşlı oğluna yeni VƏZİFƏ VERDİ


Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RUS) kuratoru təyin edilib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə R.Kadırov "Telegram" kanalında məlumat yayıb.

“Əziz qardaşım, RUS-un rəhbəri Baybetar Vayxanovun xahişi ilə mən Adam Kadırovu RUS-un kuratoru təyin etmək qərarına gəldim. O, məşhur universitetin fəaliyyəti ilə yaxından tanışdır, ona görə də inanıram ki, o, üzərinə düşən vəzifələrin öhdəsindən çox yaxşı gələcək”, - deyə respublika rəhbəri yazıb.

Xatırladaq ki, fevral ayında Kadırovun böyük oğlu Axmat Çeçenistanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin olunub. O, həmçinin Kadırov ordeni ilə təltif edilib.