Tanınmış aktyora AĞIR İTKİ
    • 21-08-2024, 10:39
    • 1 138

Tanınmış aktyora AĞIR İTKİ

Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəmədova ağır itki üz verib.

News24.az qaynarinfo-ya istinadən xəbər verir ki, aktyorun qardaşı Etibar Əbdülsəmədov dünyasını dəyişib. 

Ədalət Əbdülsəmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qardaşı keçirdiyi əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişib:

"Ürəyindən əməliyyat olunmuşdu, stend qoymuşdular. İki gün xəstəxanada qaldı. Özünü yaxşı hiss edib. Sonra evə gəlib. Qızı otağa girəndə görüb ki, halı yaxşı deyil. Elə oradaca dünyasını dəyişib. 62 yaşı var idi. Çox pisəm, qəfil ölümü qəbul etmək çətindir".