Bakıda GÜCLÜ YANĞIN: VİDEO - YENİLƏNİB
    • Bu gün, 15:23
    • 2 016

Bakıda GÜCLÜ YANĞIN: VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunun ərazisində, Qara Qarayev küçəsində yerləşən ticarət obyektinin arxasındakı köməkçi tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

"Neftçilər" metrostansiyası yaxınlığında yanğın hadisəsi baş verib.

News24.az-ın xəbərinə görə, yanğın “Neftçilər” metrostansiyası və Nizami Rayon İcra Hakimiyyətinin binası yaxınlığında başlayıb.

Ətraflı videoda: