14 yaşında yatıb, 46 yaşında oyandı
    • 21-08-2024, 10:59
    • 254

14 yaşında yatıb, 46 yaşında oyandı

Ailənin 5 övladından biri olan isveçli Karolina Olsson 14 yaşında yatıb, 46 yaşında oyanması hekayəsindən sonra real həyatda "yatan gözəl" adlandırılıb.

News24.az xəbər verir ki, 29 oktyabr 1861-ci ildə İsveçin Mönsteros yaxınlığındakı kiçik bir kənd olan Oknödə anadan olan Karolina Olsson 1876-cı il fevralın 18-də donmuş çayı keçərkən yıxılaraq başını vurub. Görünən problem olmayıb, ancaq evə qayıdanda dözülməz diş ağrısı ilə üzləşib.

Həmin vaxt 14 yaşı olan Karolinanın dişi ağrıyandan sonra ailəsi səhər saatlarında onun vəziyyətinə uyğun hərəkət etmək qərarına gəlib və onu yatağa göndərib. 

Atası balıqçı olan Karolinanın ailəsinin həkim tutmağa maddi imkanı olmayıb.

Nə etsələr də, qız ayılmayıb. Olssonun anası onu süd və şəkərli su içməyə məcbur edib.

Xəstəxanada ona demensiyanın səbəb olduğu insult növündən əziyyət çəkdiyi diaqnozu qoyulub. Fiziki vəziyyətinə baxmayaraq, ətraf mühitə reaksiya verə bildiyi üçün Karolinanın zehni hələ də aktiv olub.

Təqvim 3 aprel 1908-ci ili göstərəndə ona baxan qulluqçu Karolinanı yerdə sürünərək tapıb. 

O, oyanada arıq və solğun, işığa həssas olub və danışmaqda bir qədər çətinlik çəkib. Xəbər böyük həyəcana səbəb olduğu üçün müxbirlər, həkimlər və izləyənlər Oknöyə gedib onun başına gələnləri soruşsalar da, yuxudan oyananda Karolina son 32 ildən heç nə xatırlamadığını deyib.

Yuxudan oyanan 46 yaşlı qadın 25-30 yaşlarında biri kimi görünüb ki, bu da qəribə idi. Karolina Stokholmda psixiatrik testlərdən keçib və yatmazdan əvvəl bütün qabiliyyətlərini özündə saxladığı məlum olub.

Oyandıqdan sonra Karolina həyatına qayıdıb və daha 40 il yaşayıb. O, 1950-ci il aprelin 5-də 88 yaşında dünyasını dəyişib. Karolinanın qeyri-adi hekayəsi onu "Oknö'nün Yatan Gözəli" kimi tanınmasına səbəb olub.

Məryəm İlhamqızı