Sabiq futbolçu reanimasiyaya yerləşdirildi - TƏCİLİ
    • 27-02-2024, 15:05
    • 212

Sabiq futbolçu reanimasiyaya yerləşdirildi - TƏCİLİ

İsveçli yarımmüdafiəçi Kristofer Olsson Danimarkanın Orhus şəhərindəki klinikalardan birinə yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.

Məlumata görə, futbolçu reanimasiyadadır və süni nəfəs aparatına qoşulub.

Bildirilir ki, o, evdə yıxılıb. 28 yaşlı futbolçuya kəskin beyin xəstəliyi diaqnozu qoyulub.

Hazırda həkimlər futbolçunun həyatı üçün mübarizə aparır. Aparıcı Danimarka həkimləri müalicəyə cəlb olunur və Kristoferə düzgün diaqnoz qoymağa çalışırlar. Olsson xəstəliyi heç bir xarici və ya dərman təsiri ilə əlaqəli deyil.

Qeyd edək ki, İsveç millisinin yarımmüdafiəçisi Kristofer Olsson 2019-2021-ci illərdə "Krasnodar"da çıxış edib. Olsson hazırda Danimarkanın "Midtyulland" klubunda çıxış edir.

Mehriban Mirzəzadə