"İpoteka krediti imkanlı təbəqənin ev alması üçündür, çünki..." - AÇIQLAMA
    • 21-08-2024, 22:00
    • 204

"İpoteka krediti imkanlı təbəqənin ev alması üçündür, çünki..." - AÇIQLAMA

Bir çox insan ev almaq arzusunu reallaşdırmaq üçü ipoteka kreditinə üz tutur. Lakin ipoteka krediti üçün tələb edilən şərtlər buna imkan vermir. 

Bəs ipoteka kreditinin şərtləri niyə belə çətindir?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan sosioloq Elçin Bayramlı hesab edir ki, imkanı az olan şəxslərin ipoteka götürmək şansları yoxdur. 

“Azərbaycanda orta əməkhaqqı məlumdur, rəsmi göstəricilərə görə 800-900 manatdır. Bu da ailənin güclə dolanmasını təmin edir. Bu ipoteka xalq üçün deyil.  İpoteka əhalinin çox az bir hissəsinin, yəni imkanlı təbəqənin ev almasını şərtləndirən sistemdir. Faizlər, şərtlər, tələblər çox yüksəkdir. Nəticədə, ölkədə evləri bir qrup imkanlı şəxslər alır. Onlar da onlarla, yüzlərlə evlər alır və bunu biznes məqsədi üçün istifadə edirlər. Məsələn, evi kirayə verirlər. Nəinki gənc ailələr, görürsən ki, 20-40 illik ailələr belə kirayələrdə yaşayır və heç vaxt ev ala bilmirlər”. 

Sosioloqun sözlərinə görə, evsizlik problemi gənclərin ailə qurmasına mane olur:

"İpoteka kreditləri bir çox ölkələrdə 1-2%-lə verilir. Bəzi ölkələrdə bu hətta 0,5%- dir. Bizdə isə bundan dəfələrlə yüksəkdir. Nəticə də evsizlik problemi çoxalır. Bu insanların sosial vəziyyətini pisləşdirməklə yanaşı, həm də gənclərin ailə qurmasına mane olur”.