Sərnişin avtobusu qəzaya uğradı - yaralılar var
    • Bu gün, 17:09
    • 70

Sərnişin avtobusu qəzaya uğradı - yaralılar var

 İğdır-Tuzluca avtomobil yolunun Çalpala kəndi ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, Hüseyn Səfanın (59) idarə etdiyi sərnişin avtobusu əvvəlcə boş su kanalına, daha sonra qarğıdalı sahəsinə daxil olub. Xəbər üzərinə qəza yerinə xilasetmə, polis, və sağlamlıq qrupları sövq edilib. 

İlkin məlumata görə, qəza nəticəsində 2-si ağır olmaqla 14 nəfər xəsarət alıb. Yaralılar təcili yardımla Iğdır Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı