Bu ağacın budağına toxunan ölür
    • 21-08-2024, 22:30
    • 315

Bu ağacın budağına toxunan ölür

Sivasın Ulaş mahalına bağlı Kertmekaracaören kəndində 400 illik meyvə ağacı zamana müqavimət göstərir. 

News24.az Sherg.az-a istinadla xəbər verir ki, şayiələrə görə, ötən illərdə ağacın bir neçə budağı yola əyildiyi üçün kəsilib. Ancaq bu kiçik budamalardan sonra budaqları kəsən insanlar gənc yaşlarında ölüblər. Bu hadisələrdən sonra kənd camaatı ağaca ümumiyyətlə toxunmamaq qərarına gəliblər. 

İndi kəndlilər bu ağaca toxunmaqdan az qala çəkinirlər; Ağacı budaya bilmirlər. İllərdir ağaca toxunmadıqlarını deyən kənd muxtarı Mustafa Çipil deyib: “Bu ağac çox qədim ağacdır. Atamdan eşitdiyimə görə, təxminən 400 yaşı olan bir ağacdır. Bu ağac kəndin tarixindən də qədimdir. Atalarımız burada məskunlaşanda tamamilə meşəlik ərazi idi. Ulaş o zaman ermənilərin əlində idi. Ermənilər buradan çıxarkən bu meşələri məhv ediblər. Belə bir neçə ağac qalıb. Bu ağacda dağ almaları bitir. Kənd camaatı arasında “acı alma” kimi də tanınır. İndi qurumaq üzrədir. Vəhşi arılar ağacın gövdəsində bal hazırlayırlar. Həmin ağacın gövdəsi tamamilə balla dolu olurdu. Bəzi fürsətçi arıçılar gəlib həm balı, həm də arıları götürdülər. Bu ağacı heç budamadıq. Qocalar deyir ki, əvvəllər onun bir neçə budağını kəsənlər olub. Sonra gənc yaşlarında həyatlarını itirdilər. Ona görə də bu ağaca heç kim toxunmur. Biz toxunmasaq da, ağac özünü öldürüb, qurumağa başlayıb.  dirnaq modelleri