Gündə 5 saatdan çox televizora baxmağın bilmədiyiniz zərərləri
    • 21-08-2024, 23:27
    • 371

Gündə 5 saatdan çox televizora baxmağın bilmədiyiniz zərərləri

Gündə 5 saat televizora baxmaq demans riskini demək olar ki, 50% artırır.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə İngiltərədə elmi araşdırma aparılıb. 

Britaniyada 400 nəfərin iştirak etdiyi araşdırma, gündə beş saatdan çox televizora baxanların neyrodegenerativ xəstəliyə tutulma riskinin 44 % daha çox olduğunu ortaya çıxarıb.

Həmçinin gündə beş saatdan çox televizora baxanlarda insult riskinin 12%, Parkinson xəstəliyinə tutulma riskinin isə 28% yüksək olduğu üzə çıxıb.

Araşdırmalara görə, beyin sağlamlığı üçün gündə üç saata qədər televizora baxmaq lazımdır.

Tədqiqatçılar qeyd ediblər ki, həddindən artıq televizora baxmaq bəzi beyin xəstəliklərinin riskinin artması ilə əlaqələndirilir.

Üç saat televizora baxanların demans riski bir saat və ya daha az baxanlara nisbətən 15%  daha çoxdur.