-
- 24-07-2023, 10:58
- 330
Alimlərdən fasiləli orucla bağlı araşdırma: Sağlamlığa çox...
Alimlər son vaxtlar ən çox istifadə edilən pəhriz növü olan “fasiləli oruc”la bağlı araşdırma ediblər.
News24.az CNN Türk nəşrinə istinadən xəbər verir ki, ispan və fransız alimlər fasiləli orucun sağlamlığa ziyan vurduğunu açıqlayıblar.
Mütəxəssislər 09:00-dan sonra səhər yeməyinin diabet riskini artırdığını, 22:00-dan sonra yeməyin isə şəkər xəstəliyinə tutulma riskini ortaya qoyduğunu bildiriblər.
Tədqiqatçıların qənaətinə görə, səhər yeməyini gec yeyənlərin 2-ci tip diabet riski daha yüksəkdir və bu insanlarda uzunmüddətli sağlamlıq problemləri yaranır.
Alimlər səhər saat 08:00-dan əvvəl səhər yeməyi yeyənlərin diabet riskinin daha az olduğunu, 2-ci tip diabetə tutulma riskinin isə 59 faiz azaldığını qeyd ediblər.