Alimlər Ayın daxilində nə olduğunu öyrəndilər
    • 22-08-2024, 20:03
    • 401

Alimlər Ayın daxilində nə olduğunu öyrəndilər

Ayın hərtərəfli tədqiqi nəticəsində məlum olub ki, Ayın daxili nüvəsi əslində dəmirin sıxlığına bənzər möhkəm bir topdur.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu tapıntının Ayın nüvəsinin bərk və ya maye olması ilə bağlı uzun müddətdir davam edən mübahisələrə son qoyub. Belə ki, bu faktın Günəş sisteminin tarixi haqqında daha dəqiq məlumat verəcəyi gözlənilir.

Günəş sistemindəki cisimlərin daxili quruluşunu tədqiq etməyin ən təsirli üsulu seysmik məlumatlardır.

"Apollon" missiyasından toplanmış Ay seysmik məlumatları var, lakin bu məlumatların həlli daxili nüvənin vəziyyətini dəqiq müəyyən etmək üçün kifayət qədər deyil.

Komanda Ayın mantiyasının dərinliklərində aktiv çevrilməni göstərən modellərin Ay haqqında biliyimizə uyğun olduğunu müəyyən edib.

Bu o deməkdir ki, Ayın içindəki daha sıx material mərkəzə, daha az sıx material isə yuxarıya doğru hərəkət edir.