Sabahın çox isti havası ilə bağlı XƏBƏRDARLIQ
    • 22-08-2024, 17:44
    • 229

Sabahın çox isti havası ilə bağlı XƏBƏRDARLIQ

Avqustun 23-ü üçün tibbi-meteoroloji xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü günün bəzi saatlarında durğun hava şəraiti və çox isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Günün bəzi saatlarında uzun müddət açıq havada qalmaq tövsiyə olunmur.