-
- 12-09-2024, 09:50
- 367
Tanınmış aktyor həbs edildi
“Fast and Furious” serialı ilə tanınan aktyor Tyrese Gibson həbs edildiyi qeydə alınıb.
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor övladının alimentini əksik ödədiyi üçün həbs edilib.
Məhkəmə zamanı 45 yaşlı Gibsonun həbs edilməməsi üçün 48 saat içərisində keçmiş həyat yoldaşı Samanta Liyə 73 min dollardan çox pul ödəməli olduğuna qərar verilib.
Qeyd edək ki, keçən il aliment olaraq ayda 10,690 dollar ödəməli olan Tyrese Gibson alimenti ödəmədiyi üçün məhkəməyə hörmətsizlikdə təqsirli bilinib.